Poqba “Yunayted”ə qayıdır? – Detallar açıqlandı
“Mançester Yunayted” klubu Fransa millisinin sabiq yarımmüdafiəçisi Pol Poqba ilə müqavilə imzalaya bilər.
Aut.az xəbər verir ki, bu barədə “United Scout” məlumat yayıb.
Poqba “Mançester Yunayted”dən təklif alıb. Fransalı futbolçu MY-yə geri qayıtmaq istəyir. Artıq bu məsələ klub daxilində müzakirə olunub və fikirlər bölünüb. Dopinq böhranından sonra futbolçu ilə müqavilə imzalamaq tərəfdarları daha çox olub.
Pol Poqba artıq iki dəfə “Mançester Yunayted”ə keçib. 2009-cu ilin iyulunda “qırmızı şeytanlar” 16 yaşı olanda onu “Havr”dan alıb. 2012-ci ilin avqustunda Poqba “Yuventus”a keçib və 4 il sonra 105 milyon avro qarşılığında İngiltərə klubuna qayıdıb.
Xatırladaq ki, 2024-cü il fevralın 29-da Pol Poqba dopinqə görə 4 il müddətinə diskvalifikasiya edilmişdi. Fransız futbolçunun diskvalifikasiya müddəti sonradan azaldılıb. Poqbanın diskvalifikasiyası martın 10-da başa çatır.
Aut.az
