İngiltərə

Salah Anrini keçdi, qaldı…

İngiltərə Premyer Liqasının 3-cü turunun matçında “Liverpul” “Mançester Yunayted” üzərində inamlı qələbə qazanıb – 3:0.

Aut.az xəbər verir ki, mersisaydlıların hücumçusu Məhəmməd Salah bu görüşdə 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Bununla misirlinin Premyer Liqada hər iki göstəricidə fərqləndiyi oyunların sayı 33-ə çatıb.

Bu göstəriciyə görə o, “Arsenal”ın əfsanəsi Tyerri Anrini (32) qabaqlayıb.

Salah yalnız “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runidən geri qalır. İngilis forvard 36 çempionat oyununda həm qol vurub və həm də məhsuldar ötürmə edib.