Ozan Can oynadı?
Finlandiya çempionatında 22-ci turun oyunları keçirilir.
Aut.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün komandası HJK da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə VPS-lə qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.
Ozan Can da bu görüşün iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 65-ci dəqiqədə əvəzlənib.
HJK hazırda 43 xalla 2-ci pillədə qərarlaşıb.
