İnyestadan karyerası ilə bağlı yeni qərar
“Barselona”nım əfsanəsi Andres İnyesta karyerası ilə bağlı yeni qərar qəbul etməyə hazırlaşır.
Aut.az xəbər verir ki, İspaniya millisinin sabiq üzvü klubunu dəyişə bilər. İnyesta mövsümün sonunda çıxış etdiyi “Vissel Kobe”dən ayrılmaq istəyir. Buna səbəb İnyestanın Yaponiya təmsilçisində az oyun praktikası almasıdır. 38 yaşlı yarımmüdafiəço MLS-dən gələn təklifləri nəzərdən keçirəcək.
Qeyd edək ki, İnyesta 2018-ci ildən Yaponiya klubunun şərəfini qoruyur.
