Messi onun oğlunu dərhal tanımayıb
İslandiya və Argentina arasında keçirilən yoldaşlıq oyunu (0-3) zamanı argentinalı hücumçu Lionel Messi “Barselona”dan keçmiş komanda yoldaşı Eydur Qudyonsenin oğlu Daniel ilə görüşüb.
Aut.az xəbər verir ki, oyundan sonra Messi jurnalistlərə onun kim olduğunu dərhal anlamadığını etiraf edib.
“O, yanıma gəlib soruşdu: ‘Mənim kim olduğumu xatırlayırsan?’ Düzünü desəm, bu məni təəccübləndirdi. Sonra dedi ki, Qudyonsenin oğludur. Düzünü desəm, onu xatırlamırdım, çünki o vaxtlar çox balaca idi. Onunla bir dəfə görüşdüyümü xatırlayıram, məşqlərdən birində atası ilə birlikdə idi. Amma dediyim kimi, o vaxtlar çox balaca idi”, – jurnalist Abokr Omar Messinin sözlərini sitat gətirib.
Edyur Qudjynsen 2006-2009-cu illərdə Messi ilə birlikdə “Barselona”da oynayıb.
Aut.az
