“Barsa”nı PSJ-yə buna görə dəyişib: Əl-Xelaifi sübut etdi ki…
PSJ-nin vingeri Usman Dembele “Barselona”dan Fransa klubuna keçidinin necə baş verdiyini açıqlayıb.
“Borussiya”da olduğum vaxtdan PSJ mənimlə maraqlanırdı, amma o an məqsədim “Barselona”ya keçmək idi. 2019-cu ildə, sonra bu yay təmaslar oldu. Nasser Əl-Xelaifi sübut etdi ki, klubun mənə həqiqətən ehtiyacı var. Layihəni bəyəndim.
“Barsa”da qalmağı planlaşdırırdım, lakin PSJ ilə müzakirələr məni fikrimi dəyişməyə məcbur etdi. Söhbət “Barselona”dan ayrılmaq istəyindən yox, PSJ-yə keçmək istəyindən gedirdi”, –Dembele bildirib.
Xatırladaq ki, Dembele bu yay 50,4 milyon avroya “Barselona”dan PSJ-yə keçib.
Aut.az
