PSJ azarkeşini bıçaqladılar
Çempionlar Liqasında keçiriləcək ”Milan” – PSJ oyunundan əvvəl azarkeşlər arasında toqquşma olub.
Aut.az xəbər verir ki, “Milan” azarkeşləri ilə toqquşmadan sonra PSJ azarkeşi bıçaqlanıb. Bu barədə “Football Italia” məlumat yayıb.
Mənbənin məlumatına görə, parisli azarkeşin vəziyyəti ağırdır. O, bazar ertəsi səhər xəstəxanaya aparılıb. Xatırladaq ki, daha əvvəl İtaliyanın “Milan” klubunun 50-yə yaxın azarkeşinin komandaların Çempionlar Liqasında oyunu ərəfəsində PSJ azarkeşlərinə hücum etdiyi bildirilib.
Milan azarkeşləri pirotexniki vasitələrdən, o cümlədən tüstü bombalarından istifadə ediblər.
Çempionlar Liqasının qrup mərhələsinin “Milan” – PSJ oyunu bu gün, noyabrın 7-də “San Siro” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Aut.az
