Çempionlar Liqası

ÇL: Favoritlər büdrəyəcək?

Bu gün UEFA Çempionlar Liqasında daha 2 yarımfinalçının adına aydınlıq gələcək.

Aut.az xəbər verir ki, cavab görüşləri çərçivəsində “Mançester Siti” ilk oyunda 3:1 hesabı ilə üstələdiyi “Kopenhagen”i qəbul edəcək. “Real” isə ilk matçda 1:0 hesabı ilə qalib gəldiyi “Leyptsiq”lə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Ötən gün keçirilən 2 cavab oyunundan sonra 1/4 finalın ilk iştirakçıları müəyyənləşib. Bunlar “Bayern” və PSJ olub.

UEFA Çempionlar Liqası: 1/8 final, ilk oyunları
6 mart
00:00 Mançester Siti – Kopenhagen (İlk oyun – 3:1)
00:00 Real – Leypsiq (İlk oyun – 1:0)