ÇL-in finalı Səudiyyə Ərəbistanında? – Ceferin qəti qərarı açıqladı
UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının gələcək finallarının Səudiyyə Ərəbistanında keçirilmə ehtimalını dəyərləndirib.
Aut.az xəbər verir ki, Ceferin özünün prezident olacağı müddətdə bunun mümkünsüz olduğunu bildirib.
“Mənim prezidentliyim dövründə bu, qətiyyən baş verməyəcək. Bununla belə, mən bu vəzifəni əbədi tutmayacağam”, – deyə 2031-ci ilə qədər UEFA prezidenti olaraq qalmaq istəyən Aleksander Çeferin bildirib.
Aut.az
