Şeva prezident seçilməsindən danışdı: Bunu indi etməyimiz…
Ukrayna Futbol Assosiasiyasının yeni prezidenti Andrey Şevçenko bu posta seçilməsi haqdadanışıb.
Aut.az xəbər verir ki, Şeva böyük məsuliyyətin altına girdiyini etiraf edib.
“Bir neçə ay əvvəl mən ciddi şəkildə futbol funksioneri olmaq haqda düşünürdüm. Bu çətin qərar idi və bu barədə çox düşündüm. Qarşılaşdığım çətinlikləri və məsuliyyətləri dərk edirəm. Ancaq irəli getmək vaxtıdır. Qərar verildi, işləyəcəyik.
Ukrayna futbolunun vəziyyətini hamı başa düşür. Perspektiv görmək mənim üçün vacib idi. Görürəm ki, biz Ukrayna futbolunun inkişafına kömək edəcək işlər görə bilərik. Bunu indi etməmiz vacibdir”, – Şeva deyib.
Aut.az
