Dünya futbolu

Bekhem “qalaktikos”dan serial çəkəcək

Devid Bekhemin media qrupu “Studio 99” və “Fulwell 73” kino şirkətləri ilə futbol haqqında yeni sənədli filmlər seriyası üzərində işə başlayıb.

Aut.az xəbər verir ki, film dünyanın ən bahalı futbolçularının, Bekhemin özü də daxil olmaq Zinəddin Zidan, Ronaldo Nazario, Luiş Fiqo və digər super ulduzların çıxış etdiyi “Qalaktikos” dövrünə həsr olunacaq.

İnsayderlər qeyd edirlər ki, ESPN kabel kanalı hələ şounun istehsalına razılıq verməyib, lakin danışıqlar artıq son mərhələdədir.