Dünya futbolu

Rəsmi: Dünya çempionu MLS klubunda – FOTO

“Los Anceles” “Milan”ın hücumçusu, Fransa millisinin heyətində dünya çempionu Olivye Jirunu transfer etdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, 37 yaşlı forvard MLS klubu ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalayıb, amma daha bir mövsüm uzatmaq imkanı var.

Fransız daha əvvəl bu mövsümün sonunda azad agent kimi “Milan”dan ayrılacağını açıqlamışdı.

Bu mövsüm Jiru bütün yarışlarda 45 matçda 16 qol vurub və 9 məhsuldar ötürmə edib.

Rəsmi: Dünya çempionu MLS klubunda – FOTO

Aut.az