QALMAQAL: Milli komandanın paltardəyişmə otağında seks-oyuncaq aşkarlandı – FOTOFAKT
Hokkey üzrə dünya çempionatında çıxış edən Böyük Britaniyanın milli komandasının paltardəyişmə otağında qeyri-adi əşya aşkar edilib.
Aut.az xəbər verir ki, məşhur “Barstool Sports” səhifəsi soyunub-geyinmə otağındakı stolun üstündə seks oyuncağının yer aldığı fotonu paylaşıb. Ancaq bununla bağlı ətraflı məlumat verməyib.
Qeyd edək ki, Böyük Britaniya yığması DÇ-2024-ə ardıcıl iki məğlubiyyətlə (Kanadaya 2:4, Finlandiya 0:8) başlayıb. Komanda A qrupunda sonuncu yerdədir və növbəti matçında İsveçrə ilə qarşılaşacaq.
Aut.az

