Dünya futbolu

Anridən Mbappeyə məsləhət: Yerində olsaydım…

Fransa millisinin sabiq hücumçusu Tyeri Anri PSJ-nin hücumçusu Kilian Mbappenin mümkün gedişindən danışıb.

Aut.az xəbər verir ki, Anri “CBS Sports”a verdiyi müsahibədə Mbappeyə belə məsləhət verib:

“Mbappenin yerində olsaydım, “Real”a  və ya digər komandaya getməzdim, başladığım işi bitirərdim. Niyə getməlisən? Hələ yenə də Fransa çempionluğunu qazanmalısan.

Kilian PSJ-ni sevir və bunu hamı dərk etməlidir. O, klubunu sevir, məhz Parisdə gücləndi və indiki Mbappe oldu. Mbappenin sona qədər PSJ-də qalmasını istəyirəm”.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm forvard parislilərin heyətində bütün turnirlərdə 20 oyun keçirib, 18 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2024-cü ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 180 milyon avrodur.

Aut.az