Enrike Qvardiolanın tarixi nailiyyətini təkrarladı
PSJ bu mövsüm Luis Enrikenin rəhbərliyi altında “trebl”ə imza atıb.
Aut.az xəbər verir ki, Paris klubu Liqa1 və Fransa kubokunu qazanmaqla yanaşı, tarixində ilk dəfə Çempionlar Liqasının da qalibi olub.
İspaniyalı mütəxəssis bu uğura karyerasında ikinci dəfə nail olub. O, 2014/15 mövsümündə “Barselona” ilə də La Liqa, İspaniya Kuboku və Çempionlar Liqasını qazanaraq “trebl” edib.
Luis Enrike bununla Pep Qvardiolanın uğurunu təkrarlayıb. Qvardiola “Barsa” ilə 2008/09, “Mançester Siti” ilə isə 2022/23 mövsümündə “trebl” qazanıb.
Aut.az
