Dünya futbolu

Tanınmış qapıçı karyerasını başa vuracaq? – Zədəsi başına bəla oldu

“Seltik”in qapıçısı Kasper Şmeyxel ciddi çiyin zədəsi aldığını açıqlayıb

Aut.az xəbər verir ki, o, bu zədənin onun peşəkar karyerasının sonu ola biləcəyini bildirib.

Futbolçunun sözlərinə görə, o, biseps əzələsinin qopması, rotator manjetin zədələnməsi və çiyin çıxığı səbəbilə iki əməliyyat keçirməlidir. Bərpa prosesi isə minimum 10-12 ay davam edəcək.

“Bu vəziyyətə necə reaksiya verəcəyimi bilmirəm. Doğulduğum gündən futbolçu olmuşam. Bu fikir məni sarsıdır. Hazırda bunu qəbul etmək mənim üçün çox çətindir. Mənə deyilib ki, yaşımı nəzərə alsaq, bu, karyeramın sonu ola bilər. Formaya qayıdana qədər artıq 40 yaşdan yuxarı olacağam”, – deyə Şmeyxel bildirib.

Danimarkalı veteran həmçinin etiraf edib ki, ötən mövsümdən bəri bu zədə ilə oynayırmış və güclü ağrılara baxmayaraq bunu gizlədib. Nəticədə isə vəziyyət daha da ağırlaşıb.

Qeyd edək ki, Kasper Şmeyxel dünya miqyasında əsasən “Lester”dəki çıxışı ilə tanınıb və klubla birlikdə İngiltərə Premyer Liqası çempionu olub. O, həmçinin “Mançester Siti”, “Nitsa” və “Anderlext” klublarda çıxış edib.

Şmeyxel Danimarka milli komandasının heyətində də mühüm fiqurlardan biri olub və komandanın AVRO-2020 yarımfinalına yüksəlməsində əsas rol oynayıb.

Aut.az