Dünya futbolu

Ağlasığmaz mərc etdilər: Hər biri 11 min dollar qazandı – FOTOFAKT  

“Ayaks” Niderland kubokunda 4-cü liqada çıxış edən həvəskar komanda “Herkules”ə uduzaraq mübarizəni dayandırdı.

Aut.az xəbər verir ki, bu sensasiyaya daha bir möcüzəvi hadisə də rəng qatıb.

Belə ki, “Herkules”in futbolçusu Tim Pitersin yataqxanadakı 12 yoldaşı onun qol vuracağı və “Herkules”in 1/8 finalda “Ayaks”ı məğlub edəcəyi üçün hərəyə 15 avro mərc edib. Və hər biri 11 min avro qazanıb..

Həvəskar klubun “Ayaks”a qalib gələcəyinə görə əmsal 70.00 olub. 22 yaşlı Pitersin qolu ilə birlikdə isə bu əmsal fantastik həddə – 751.00-ə yüksəlib.

Pitersin 12 dostu risk etdi. İndi şampan içə bilərlər.

Ağlasığmaz mərc etdilər: Hər biri 11 min dollar qazandı – FOTOFAKT  

Aut.az