Kvaratsxeliya ÇL-də bir nömrədir
Cari mövsümdə Çempionlar Liqasının qrup mərhələsində ən yaxşı driblinq edən futbolçuların siyahısı açıqlanıb.
Aut.az xəbər verir ki, “Napoli”nin vingeri Xviça Kvaratsxeliya siyahıda birincidir. Gürcü futbolçu 46 uğurlu driblinqə malikdir.
İlk üçlükdə PSJ-nin hücumçusu Kilian Mbappe (44) və “Milan”ın hücumçusu Rafael Leo (36) yer alıb.
