Çempionlar Liqası

Almanların İtaliyadakı vandallığı – VİDEO

Noyabrın 8-də Çempionlar Liqasında keçirilən “Napoli” – “Union” oyunundan əvvəl insident yaşanıb.

Aut.az xəbər verir ki, Berlin klubunun ağ köynək geyinən radikal azarkeşləri Neapolda poqrom təşkil ediblər. Bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Bildirilir ki, 250-yə yaxın alman azarkeş Neapol küçələrinə çıxaraq müxtəlif xuliqanlıq və vandalizm əməlləri törətməyə başlayıblar. Neapol polisi “Union” azarkeşlərinin bu davranışına cavab verib və nəticədə onlar arasında toqquşma olub və bu zaman asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıblar.

Hadisə nəticəsində Berlin klubunun 11 azarkeşi saxlanılıb. Onlardan 10-u vandalizmdə, digəri isə polis əməkdaşına bədən xəsarəti yetirməkdə ittiham olunur.

Aut.az