Çempionlar Liqası

ÇL-də pley-offun ilk qalibləri müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Aut.az xəbər verir ki, günün ilk matçında “Milan” “Feyenoord”u qəbul edəcək. Komandalar arasındakı birinci oyunda niderlandlılar qələbə qazanıb.

“Bavariya” Münhendə “Seltik”i sınağa çəkəcək. Dortmund “Borussiya”sı “Sportinq”lə, “Benfika” isə “Monako” ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

18 fevral

21:45 Milan (İtaliya) – Feyenoord (Niderland)
İlk oyun 0:1

00:00 Atalanta (İtaliya) – Brügge (Belçika)
İlk oyun 1:2

00:00 Bavariya (Almaniya) – Seltik (Şotlandiya)
İlk oyun 2:1

00:00 Benfika (Portuqaliya) – Monako (Fransa)
İlk oyun 1:0

00:00 Borussiya (Dortmund, Almaniya) – Sportinq (Portuqaliya)
İlk oyun 3:0