“Yunayted”də qərar verildi: Yayda köklü dəyişiklik olacaq
Nüfuzlu futbol insayderi Fabritsio Romano İngiltərənin “Mançester Yunayted”indəki vəziyyətdən danışıb.
Aut.az xəbər verir ki, jurnalist klubun yayda transfer bazarına girəcəyini bildirib.
“Amad Diallo üçün mövsümü başa çatıb. Futbolçu yaxın 24-48 saat ərzində əməliyyat olunacaq. O, ciddi zədə alıb və mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qalacaq.
Yanvar ayında maliyyə feyr-pleyi səbəbilə böyük pul xərcləməmək qərarından sonra, klub yayda transfer bazarında fəal olacaq.
Bir çox futbolçunun “Mançester Yunayted”dən ayrılacağı və klubun çox dəyişəcəyi gözlənilir. Beləliklə, isti bir yay olacaq”, – Romano bildirib.
“Qırmızı şeytanlar” cari mövsümdə 29 xala malikdir və turnir cədvəlində 15-ci yerdədir. “Mançester Yunayted”in növbəti oyunu fevralın 22-də “Everton”la olacaq.
Aut.az
