O, böyük pulun üstündə oturub: Getməsi çətin olacaq
“TBR Football”un baş müxbiri Qrem Beyli “Arsenal”ının ukraynalı müdafiəçi Aleksandr Zinçenkonu klubdan ayrılmasının çətin olacağını bildirib.
Aut.az xəbər verir ki, jurnalist bunun səbəbini açıqlayıb, həmçinin Yakub Kivyerin mümkün satışından danışıb.
“Zinçenko ilə ayrılmaq çətin olacaq, amma Kivyer gedəcək. Yakubla müqavilə bağlamaq o qədər də baha başa gəlməyəcək, çünki onun böyük maaşı yoxdur. Zinçenkonun vəziyyəti fərqlidir – onun böyük maaşı var, ona görə də çətin olacaq.
Düşünürəm ki, bu vəziyyət avqusta qədər uzanacaq və klub ondan qurtula bilsə, yəqin ki, bu, bonus sayılacaq. Amma o, çoxlu pulun üstündə oturduğu üçün nə olacağı dəqiq deyil”, – jurnalist bildirib.
Xatırladaq ki, Zinçenko ötən mövsüm “Arsenal”ın heyətində bütün turnirlərdə 23 matçda bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Aut.az
