İngiltərə

“Nyukasl”ın idman direktoru ayrıldı – Mançesterə gedir?

“Nyukasl”ın idman direktoru Den Aşvort klubu tərk edib.

Aut.az xəbər verir ki, bu barədə “sağsağanlar”ın mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis 2022-ci ilin may ayının sonundan klubda çalışırdı.

Əvvəllər Eşvortun “Mançester Yunayted”də işləyəcəyi barədə söhbətlər gedirdi. Eşvortun “Ineos” şirkətinin idman direktoru Ser Deyv Brailsfordla yaxşı münasibətləri var.

Qeyd edək ki, ser Cim Radkliffin rəhbərlik etdiyi şirkət “Mançester Yunayted”in səhmlərinin 25%-ni alıb.

 Aut.az