İngiltərə

“Yunayted” can verir, o isə özünü tərifləyir

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq özünü klubda işləmək üçün düzgün kadr hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

“Şübhəsiz. Bizə lazım olan oyunçular olduqda, keyfiyyət də olacaq. Heyətimiz kifayət qədər yaxşıdır, amma biz demək olar ki, bütün müdafiəçilərdən məhrumuq və buna görə də problemlərimiz var”, – Ten Haq bildirib.

Xatırladaq ki, ötən gün, mayın 6-da İngiltərə Premyer Liqasının 36-cı turunun matçında “qırmızı şeytanlar” “Kristal Pelas”a 0:4 hesabı ilə məğlub olub.

“Mançester Yunayted” hazırda 54 xalla Premyer Liqanın turnir cədvəlində 8-ci yerdədir. “Kristal Pelas” 43 xalla 14-cü yerdədir. Növbəti turda “Mançester Yunayted” “Arsenal”la qarşılaşacaq. Qarşılaşma mayın 12-də baş tutacaq.

Aut.az