Çempionlar Liqasıİngiltərə

İstanbulda nəyə ümid edirlər? – Kapitan deyir ki…

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda baş tutacaq “Qalatasaray”la oyun haqda danışıb.

Aut.az xəbər verir ki, “qırmızı şeytanlar”ın kapitanı bu sözləri deyib:

“Turnirdəki yerimizi qorumaq və Avropanın ən yaxşı klubları ilə oynamaq bizim üçün çox vacibdir. Qrupdan çıxmasaq, ayıb olar. Bizim vəzifəmiz çox isti atmosferə baxmayaraq, bu görüşdə qalib gəlməkdir. Futbolçular belə matçları sevirlər. Biz bu çağırışdan həzz almalıyıq”.

Qeyd edək ki, sözügedən görüş bu gün saat 21:45-də başlayacaq. “Qalatasaray” 4 xalla A qrupunda üçüncüdür. “Mançester Yunayted” isə 3 xalla sonuncudur.