Ferqyuson kimi deyir? – 17 yaşında onda fərqli nəsə olduğunu hiss edirdim
Ser Aleks Ferqyuson “Mançester Yunayted”ə cəlb etdiyi ən səs-küylü futbolçulardan biri – Kriştiano Ronaldo haqqında xatirələrini bölüşüb.
Aut.az xəbər verir ki, şotlandiyalı mütəxəssis portuqaliyalı ulduzu “Sportinq”də cəmi bir dəfə izlədikdən sonra transfer etdiyini bildirib. Ferqyusonun sözlərinə görə, Ronaldo hələ yeniyetmə yaşlarında olarkən onun xüsusi bir futbolçu olacağı açıq-aydın görünürdü:
“Bu, fantastik idi. Həyatınız boyu nadir futbolçularla rastlaşırsınız. O, cəmi 17 yaşında idi və artıq onda fərqli nəsə olduğunu hiss edirdin. Bu təkcə bacarıqları ilə bağlı deyildi, ən önəmlisi onun ən yaxşı olmaq istəyi idi. Hər məşqdən sonra meydanda qalır, əlavə olaraq cərimə zərbələri üzərində işləyirdi. O, həqiqətən fenomen idi”.
Qeyd edək ki, Kriştiano Ronaldo 2003-cü ildə “Sportinq”dən “Mançester Yunayted”ə keçmiş və Ferqyusonun rəhbərliyi altında dünya futbolunun ən böyük ulduzlarından birinə çevrilmişdi.
Aut.az
