İngiltərə

“Liverpul” onun üçün sonuncu həmləni edir: Bu qədər təklif edirlər

“Leverpul” transfer pəncərəsinin son günlərində “Nyukasl”ın hücumçusu Aleksander İsak üçün yeni təklif hazırlayır.

Aut.az xəbər verir ki, “qırmızılar” isveçli forvardın keçidi müqabilində 130 milyon funt sterlinq (149,5 milyon avro) ödəməyə hazırdır. Bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, son vaxtlar İsakın “Leverpul”a keçid ehtimalı artıb. “Nyukasl” 25 yaşlı hücumçunu 150 milyon funt sterlinq (172,5 milyon avro) dəyərində qiymətləndirir. Bildirilir ki, mersisaydlıların 130 milyon funtluq təklifi mümkün bonuslarla birlikdə daha da yüksələ bilər.

Qeyd edək ki, hazırd İsak komandadan ayrı, fərdi proqram üzrə məşq edir.

Aut.az