İngiltərə

Ən bahalıların yığması: Onu almaq üçün bu qədər ödəmək lazımdır

Yaxın gələcəkdə kiminsə maliyyə imkanlarına görə Premyer Liqa ilə rəqabət apara bilməyəcəyi ehtimalı azdır və cari transfer pəncərəsindəki xərclər bunu əyani şəkildə göstərir.

Aut.az xəbər verir ki, “Transfermarkt”a görə, potensial alıcı Premyer Liqanın hazırkı ən bahalı oyunçularından ibarət komanda üçün bir milyard avrodan çox pul ödəməli olacaq. Belə bir komandanın ən dəyərli aktivi, transfer dəyəri 180 milyon avro olan Erlinq Haalanddır. Müqayisə üçün: Dünyanın ən bahalı futbolçusu Lamin Camal 20 milyon avro bahadır.

Ən bahalıların komandasında “Arsenal” daha çox oyunçuya sahibdir – 6. “Mançester Siti” 3 oyunçu ilə növbəti yerdədir, Florian Virts və Kole Palmer isə “Liverpul” və “Çelsi”ni təmsil edir.

“ Transfermarkt” hər bir Premyer Liqa klubunun yeni mövsüm üçün start heyətinin dəyərini də hesablayıb.

Lider, portalın 840 milyon avro dəyərində qiymətləndirdiyi “Arsenal” olub, “Siti” “topçular”dan cəmi 28 milyon avro geridir. “Liverpul” güclü yay transfer kampaniyasından sonra ilk üçlüyü qapayır. Mersisaydlıların start heyəti 718 milyon avro olaraq qiymətləndirilir.

Premyer Liqanın 2025/26 mövsümünün ən bahalı oyunçuları

Ən bahalıların yığması: Onu almaq üçün bu qədər ödəmək lazımdır

Hər bir Premyer Liqa klubunun start heyətinin qiyməti 

Ən bahalıların yığması: Onu almaq üçün bu qədər ödəmək lazımdır

Aut.az