Qaydasız döyüş

Plessi Həmzətlə niyə döyüşmək istədiyini açıqladı

UFC çempionu Drikus Dyu Plessi Həmzət Çimayevlə döyüş öncəsi MMA-dakı mirası barədə danışıb.

Aut.az xəbər verir ki, Avqustun 17-də Dyu Plessi və Çimaev Çikaqoda UFC 319 turnirində orta çəkidə çempion titulunu qazanmaq üçün qarşılaşacaqlar.

“Orta çəkidə reytinqin top-5-də yer alan dörd döyüşçünü məğlub etmişəm və bir müddətdir ki, zirvədəyəm. Məqsədim tarixdə ən böyük olmaqdır. Mənim üçün əsas məqam məğlub etdiyim rəqiblərin sayı deyil, kim olduqlarıdır. Suallardan biri budur: Zirvədə olarkən kimi məğlub etdin? Mən sadəcə ən uzun müddət kəməri qoruyan olmaq istəmirəm.

Reytinqdə yeddinci yeri tutan, əsas iddiaçı zədəli olduğuna görə döyüşə çıxan birini məğlub etdiyim üçün xatırlanmaq istəmirəm. Mən ən yaxşılarla döyüşmək istəyirəm və bunun üzərində çalışıram. Baxışlara gəlincə, Həmzət UFC-də 8 qələbə qazandığı halda, mənim 9 qələbəm var. Sadəcə tərcümeyi-halı müqayisə edin!” – deyə Dyu Plessi “Shak MMA”-yə müsahibəsində bildirib.

Aut.az