UFC iyul ayının ən yaxşı döyüşünü açıqladı
UFC iyul ayının ən yaxşı döyüşünü açıqlayıb.
Aut.az xəbər verir ki, bu mükafata iyulun 26-da Əbu-Dabidə keçirilən “UFC on ABC 9” turnirində baş tutan Şarabutdin Maqomedov (Şari Bullet) və kanadalı Mark-Andre Barriot arasındakı döyüş layiq görülüb. Rusiya təmsilçisi bu qarşılaşmada hakimlərin yekdil qərarı ilə qalib gəlib.
Qeyd edək ki, görüşdən sonra Maqomedov burun nahiyəsində aldığı zədə səbəbindən xəstəxanaya yerləşdirilib.
Aut.az
