Diaz İslamı ittiham etdi: Elə bilirdim ki, dindar yalan danışmır
Keçmiş UFC çempionu Neyt Diaz İslam Maxaçovun komandası ilə münaqişə zamanı baş verən hadisələrlə bağlı öz versiyasını bildirib.
Aut.az xəbər verir ki, Maxaçovun sözlərinə görə, Diaz komandasına qarşı nalayiq jest edib və nəticədə bir-birinə atılan su butulkaları ilə mübahisə yaranıb. İslam onu da bildirib ki, Diaz sonradan onunla üz-üzə gələndə ona hörmət etdiyini bildirib.
“Cəhənnəm olsun. İslamın orada olduğunu heç bilmirdim. Onun necə göründüyünü bilmirəm. Sadəcə kiçik qardaşıma dəstək olmaq üçün orada idim. Biri butulka atdı və mən nə baş verdiyini bilmirdim.
Liftdə də İslamla qarşılaşmamışam. O nə danışır? Düşünürdüm ki, dindarlar yalan danışmırlar. Və burada bəzi şeylər baş verir. Nə oldu, çempion? Sadəcə “hə” demək kifayət idi”, – Diaz sosial şəbəkədə yazıb.
Daha əvvəl UFC döyüşçüsü Brendon Royval davanın rusiyalı Tagir Ulanbekov tərəfindən törədildiyini bildirmişdi.
Aut.az
