Qaydasız döyüş

Qorxuludur: Pereyranın məşqçisi gürcünün zərbə texnikası haqda

Orta və yarımağır çəkidə keçmiş UFC çempionu, braziliyalı Aleks Pereyranın məşqçisi Plinio Kruz, məğlubedilməz ispan-gürcü İlya Topuriyanın zərbə texnikası haqda danışıb.

Aut.az xəbər verir ki, “Bloody Elbow” Kruzdan sitat gətirib:

“Həyatımda heç vaxt yüngül çəkidə MMA-da kiminsə əlcəklərlə  bu qədər yaxşı vurduğunu görməmişəm. Bu qorxuludur”.

İspan-gürcü əsilli idmançı peşəkar qarışıq döyüş sənətçisi kimi debütünü 2015-ci ilin aprelində edib. O, Şimali Amerika Matador Liqasında 2020-ci ilin oktyabrında yarışmağa başlayıb. İlyanın 17 qələbəsi var ki, bunlardan yalnız ikisi hakimlərin qərarı ilə olub. Onun məğlubiyyət yoxdur.

Aut.az