Qaydasız döyüş

Castin Fiziyevlə döyüş haqda: birinciyə bənzəyəcək

UFC döyüşçüsü Castin Qeyci Rafael Fiziyevlə qarşıdakı döyüşlə bağlı gözləntilərini bölüşüb.

Aut.az xəbər verir ki, Castin-Fiziyev döyüşü martın 9-na planlaşdırılan UFC 313 turnirində baş tutacaq.

“Fiziyev yüngül çəkidə ən yaxşı hücumçulardan biridir, əla bacarığı var. Düşünürəm ki, ikinci döyüşümüz birinciyə bənzəyəcək. Mən dözümlülük üzərində çox işləmişəm, ona görə də diqqətimi buna yönəltmək istəyirəm. Çempionlar həmişə irəli gedir, aqressiv taktikaya sadiq qalmalıyam. Əvvəlki döyüşlərdə ehtiyatlı yanaşma mənə kömək etsə də, sonda uğur gətirmədi.

Hər halda, hansı variantın düzgün olduğunu soruşmayın. Mən karyeramda 30-dan çox döyüş keçirmişəm və hələ də heç nə düşmürəm”,- Castin “CBS Sports”a deyib.

Aut.az