Məğlubiyyətlərə dözmədi: Bu addımı atdı
MMA döyüşçüsü Malkolm Qordon UFC 297 turnirində Cimmi Flikə məğlub olduqdan sonra gözlənilməz qərar verib.
Aut.az xəbər verir ki, o, karyerasını başa vurub. Bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
Qordon ardıcıl üç məğlubiyyətdən sonra belə qərar verib.
O, karyerasında son qələbəsini 2022-ci ilin fevralında qazanıb. Bununla belə karyerası ərzində keçirdiyi 22 görüşdən 14-də qələbə qazanıb.
