Konor Həbibi təhqir etdi: Dilənçi və qaçaq
Sabiq UFC çempionu Konor Makqreqor keçmiş rəqibi Həbib Nurməhəmmədovu ələ salıb.
Daha əvvəl məlumat yayılmışdı ki, Həbibin Federal Vergi Xidmətinə təxminən 300 milyon rubl borcu var. Keçmiş MMA döyüşçünün hesablarının dondurulduğu bildirilir.
Aut.az xəbər verir ki, Konor sosial şəbəkədə yazıb:
“Dilənçi və qaçaq Onu görsəniz, pul üçün dəstək təklif edin. Eşitdim ki, hazırda Dubayda küçə tualetində yaşayır”.
Aut.az
