Rəqibinin döyüşdən çəkildiyini açıqladı
Keçmiş orta çəkidə UFC çempionu İsrael Adesanya maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, Drikus Du Plessisin UFC 300 turnirində onunla döyüşdən imtina etməsindən danışıb:
“Mənə UFC 300-də Drikusla döyüşmək təklif olundu. Mən də razılaşdım. Amma sonra məlum oldu ki, qarşı tərəf döyüşmək istəmir. Onlar döyüşü qəbul etmək istəmirdilər. Drikus bu yaxınlarda Striklendlə döyüşüb. Ola bilsin ki, onun kiçik zədələri var. Amma hamımızın zədəsi var”.
