Boks

Revanş döyüşü olacaq? – Prezident deyir ki…

Ümumdünya Boks Təşkilatının (WBO) prezidenti Fransisko Valkarsel ukraynalı Aleksandr Usik (21-0) və britaniyalı Tayson Fyuri (34-0-1) arasında titul uğrunda döyüşlə bağlı təşkilatın mövqeyindən danışıb.

Aut.az xəbər verir ki, Fransisko revanş döyüşü də planlaşdırdıqlarını bildirib.

“Bəli, iki döyüşümüz olacaq. Biz revanş oyununa təminat verə bilərik. Amma əvvəlcə görək hadisələr necə cərəyan edəcək.

Çünki boksda heç nəyə zəmanət verə bilməzsən. Gəlin nə olacağını gözləyək və sonra müzakirə aparaq”, – Valkarsel “Boxing Social”a müsahibəsində deyib.

Xatırladaq ki, Usik və Fyuri mayın 18-də Səudiyyə Ərəbistanında ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüşəcək.

Aut.az