Hədələdi: Sifətini dağıdacağam – VİDEO
Ağır çəkidə WBC kəmərinin sahibi Tayson Fyuri (34-0-1, 24 KO) qaçış məşqindən sonra qısa bir video paylaşaraq WBA, WBO, IBO və IBF çempionu Aleksandr Usikə (21-0, 14 KO) mesaj göndərib.
Aut.az xəbər verir ki, Tayson Usiki hədələyərək onu nokauta göndərməyi səbirsizliklə gözlədiyini bildirib.
“Lənət olsun. Morkamedə böyük qaçış günü. İrəli! Bu asan idi. Dovşan Usikin üzünü dağıdacağam. Faydasız bir axmaq”, – Fyuri deyib.
Daha əvvəl Usik Fyurinin onu niyə “dovşan” adlandırdığını açıqlamışdı.
Usik-Fyuri döyüşü fevralın 17-də Səudiyyə Ərəbistanında keçiriləcək.
Aut.az
Tyson Fury with a message for Oleksandr Usyk after training today ahead of Feb 17th: “Useless piece of s***.”
[🎥 @Tyson_Fury] pic.twitter.com/er3zlilGtb
— Ring Magazine (@ringmagazine) January 2, 2024
