Oğlunun ölümündən danışdı: Özünüzü çarəsiz hiss edirsiniz
Keçmiş UFC çempionu Frensis Nqannou 15 aylıq oğlunun ölümündən sonra keçirdiyi emosiyalardan danışıb.
Aut.az xəbər verir ki, o, həmin vaxt karyerasını başa vurmaq fikrinə düşdüyünü bildirib:
“Bu mənim ən yaxşı anım deyildi. Amma aktivliyə ehtiyacım var ii. Özümə aid hesab etdiyim sahələrdə özümü sübut etməliyəm. Mübarizəni davam etdirməliyəm.
Son bir neçə ay mənim üçün asan olmadı. Həyatımın ən çətin anı idi, oğlumu itirdim. Hiss etdim ki, daha döyüşməməliyəm. Amma onun xatirəsinə nəsə etmək istəyirəm. Mən bundan irəli getmək üçün motivasiya kimi istifadə etməyə çalışacağam.
Karyeramı başa vurmağa yaxın olduğumu deyə bilmərəm. Amma ağlına hər cür fikir gəlir. Özünüzü çarəsiz hiss edirsiniz, həyatın kövrəkliyini dərk edirsiniz. Özünüzü lazımsız hiss edirsiniz”.
Aut.az
