Qisas döyüşü harada keçiriləcək? – Pul oradadır
Promouter Bob Arum əmindir ki, indi yalnız Səudiyyə Ərəbistanı Aleksandr Usik və Tayson Fyuri arasında revanş döyüşünü təşkil edə bilər.
“Müqavilə o deməkdir ki, qisas Səudiyyə Ərəbistanı tərəfindən təşkil olunacaq. Başqa heç kim belə mübarizə aparmaz, heç kimin buna gücü çatmaz.
Və Səudiyyə Ərəbistanı döyüşlərin əla təşkilatçısıdır. Mənə elə gəlir ki, hər şey inanılmaz səviyyədə keçdi, hamı xoşbəxtdir. Ona görə də cavab görüşü orada baş tutacaq”, – deyə Arum bildirib.
Döyüşün bu ilin sonunda baş tutacağı gözlənilir.
Aut.az
