İspaniya

Serxio Ramosla bağlı qərar verildi

“Sevilya” iki veteran futbolçusunun Serxio Ramos və Xesus Navasın çıxışından razıdır.

Aut.az xəbər verir ki, Klub çox güman ki, hər iki əfsanəsini komandada saxlamaq üçün addımlar atacaq. Bu barədə “Mundo Deportivo”  məlumat yayıb.

Hər ikisinin mövsümün sonunda bitən müqavilələrinin müddəti uzadılacaq. Onlara daha 1 ili klubda keçirmək təklif olunacaq.

Qeyd edək ki, Ramos cari mövsümd 25 oyun, 5 qol və bir məhsuldar ötürmə edib. Navas isə 26 oyun keçirib.