Arda Gülər İngiltərə nəhənglərinin hədəfində
“Liverpul”, “Mançester Yunayted” və “Arsenal”ın “Real Madrid”in hücumçusu Arda Gülərə marağı artıb.
Aut.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, türkiyəli futbolçuya əsas namizəd “Liverpul”dur. Gülərin mersisaydlılardakı gələcəyi qeyri-müəyyən olan 33 yaşlı cinah oyunçusu Məhəmməd Salahın potensial əvəzedicisi ola biləcəyi vurğulanır.
Lakin “Real” 20 yaşlı futbolçunu klubun uzunmüddətli layihəsinin bir hissəsi kimi görərək onu buraxmaq istəmir.
Bu mövsüm Gülər bütün yarışlarda 21 matçda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir.
“Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 60 milyon avrodur.
Aut.az
