Qaydasız döyüş

Mask bu turnirdə iştirak edəcək

UFC rəhbəri Dana Uayt milyarder İlon Maskın gələn şənbə günü UFC Vegas-86 turnirində iştirak edəcəyini açıqlayıb.

Aut.az xəbər verir k, Tədbir Las-Veqasda baş tutacaq və ictimaiyyətə qapalı olacaq. Gecənin əsas yarışında orta çəki dərəcələri üzrə Cek Hermansson və Co Pifer qarşılaşacaq.

“Super Boul həftə sonu Dallasda hər şeyi təşkil edə bilərik. Ancaq bunu doğma şəhərimizdə edəcəyk. Cümə günü Slap, şənbə günü UFC və bazar günü Super Boul olacaq. Bu tədbirlərə gedən insanlar, mən deyim ki? İlon Mask şənbə günü döyüş gecəsinə qatılacaq. Nə demək istədiyimi yəqin bildiniz”.