Hökuməti ittiham etdi: Soyqırımı törədir
Əfsanəvi UFC döyüşçüsü Konor Makqreqor İrlandiya hökumətini öz xalqına qarşı soyqırımı törətməkdə ittiham edib.
Aut.az xəbər verir ki, o, İrlandiya hökumətinin miqrasiya problemini həll edə bilməyəcəyinə eyham vurub. Makqreqor qeyd edib ki, İrlandiya vətəndaşları ayrı-seçkiliyə və zorakılığa məruz qalırlar.
“İrlandiya hökuməti BMT-nin Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsini pozur. Biz bütün dünyanın gözü qarşısında soyqırımına məruz qalırıq. İrlandiyanı indi xilas et”, – Makqreqor sosial şəbəkədəki səhifəsində yazıb. O, həmçinin BMT-nin İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsini dərc edib ki, burada yerli xalqların zorakılıqdan azad olmaq hüququ var və dövlətlər ehtimal edilən zorakılığın qarşısını almaq üçün effektiv mexanizmlər təqdim etməlidirlər.
Aut.az
