“Təhlükəni hiss edərək oyandım”
Amerikalı döyüşçü Maykl Çandler maraqlı paylaşım edib.
Aut.az xəbər verir ki, sosial şəbəkə hesabında keçmiş UFC çempionu Konor Makqreqor ilə döyüşə hazırlıqlara başladığını elan edən paylaşım edib. “Təlim-məşq toplanışına başladım. Təhlükəni hiss edərək oyandım”, – deyə Çandler yazıb.
Qeyd edək ki, Makqreqor sosial şəbəkələrdə Çandler arasında döyüşün iyunun 29-da Las-Veqasda keçiriləcək UFC turnirində baş tutacağını açıqlayıb.
İdmançılar arasında döyüş əvvəlcə 2023-cü ildə baş tutmalı idi. Ancaq Makqreqorun sıradan çıxması planları pozub.
