Qaydasız döyüş

Bağışlayın uşaqlar, sizi ruhdan saldım – Fiziyevdən məğlubiyyətə reaksiya

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev amerikalı Castin Qetji ilə revanş görüşündə məğlubiyyətini şərh edib.

Aut.az xəbər verir ki, Fiziyev bu barədə sosial şəbəkədə yazıb.

Xatırladaq ki, döyüş Las-Veqasda (ABŞ) UFC 313 turnirində baş tutub və üç raunddan sonra hakimlərin yekdil qərarı ilə Castin qalib elan edilib.

“Bağışlayın uşaqlar, sizi ruhdan saldım və qalib gələ bilmədim. Təbrik edirəm, Castin, qəfəsi sizinlə bölüşmək mənim üçün şərəf idi”, – Fiziyev yazıb.

Castinlə revanş görüşündə məğlubiyyət Fiziyevin UFC-də dördüncü məğlubiyyəti olub.

Aut.az