UFC-nin səhvi ona görün nə qədər pul qazandırdı: 100 dəfə çox
“Polymarket” platformasında bir treyder qısa müddətli səhv sayəsində 676 dolları 67 min dollardan çox məbləğə çevirib.
Aut.az xəbər verir ki, UFC döyüşündə Tayrell Forçun ilə Marçin Tıbura qarşılaşmasından sonra rinq anonsçusu Brus Buffer səhvən qalib kimi Tıburanın adını çəkib. “LlamaEnjoyer” ləqəbli istifadəçi isə bu səhvdən şübhələnərək bir neçə saniyə ərzində Forçunun qələbəsinə 1 sent qiymətindən pay alıb.
Nəticə qısa müddət sonra düzəldildikdə, bu mərc təxminən 100 qat qazanc gətirib. Ümumilikdə 67 600 dollara yaxın gəlir əldə olunub.
Treyder bildirib ki, əvvəlcə Tıburaya böyük məbləğdə mərc etməyi planlaşdırıb, lakin son anda nəyinsə düzgün olmadığını hiss edərək bu qərardan imtina edib.
Aut.az
