Onu UFC-dən qovdular
Amerikalı UFC döyüşçüsü Kris Barnett UFC-dən azad edilib.
Aut.az xəbər verir ki, bu barədə “UFC Roster Watch” məlumat yayıb.
Amerikalı döyüşçü 2021-ci ildən UFC-də yarışıb, liqada altı döyüşə çıxıb.
Barnettin son UFC döyüşü 2025-ci ilin oktyabrında UFC 321-də olub. O, hakimlərin yekdil qərarı ilə Həmdi Abdelvahaba uduzub.
Altı UFC döyüşündə Barnett iki qələbə qazanıb və dörd dəfə məğlub olub.. Onun hər iki UFC qələbəsi texniki nokautla əldə edilib.
Aut.az
