Növbəti rəqibi açıqlandı
Britaniyalı UFC çempionu Leon Edvardsın növbəti rəqibi amerikalı Belal Məhəmməd ola bilər.
Aut.az xəbər verir ki, tanınmış insayder Ariel Helvani bu barədə yazıb.
Onun sözlərinə görə, Edvards növbəti döyüşünü aprelin 13-də Las-Veqasda (Nevada, ABŞ) UFC 300 turniri çərçivəsində keçirə bilər.
“Plan Leon Edvardsın UFC 300-də titulunu qorumasıdır. Hazırda onunla qarşılaşacaq rəqib Belal Məhəmməd olacaq. Şövkət Rəhmonov da rəqiblərin siyahısında yer alıb”, – deyə Helvani yazıb.
Edvards son döyüşündə amerikalı Kolbi Kovinqtonla üz-üzə gəlib. Tam olaraq davam edən görüşdə Leon hakimlərin yekdil qərarıyla qalib gəlib.
