Gürcüdən qələbə şərhi: Kənddən gəlmişəm, bütün dünya mənə qarşı idi
Yüngül çəkidə UFC-nin hazırkı çempionu, gürcüstanlı Merab Dvalişvili Los-Ancelesdə UFC 311-də Ömər Nurməhəmmədov üzərində qələbəsini şərh edib.
“Mən həmişə məşq edirəm, mən maşınam. Bu döyüşə girəndə baldırımda zədə, böyük bir kəsik və infeksiya var idi. Ayağım daim ağrıyırdı, üstəlik, belim ağrıyırdı.
Ömər sərt döyüşçüdür, amma yaxşıdır. Mənə qoca deyirdi, bəli qocalmışam, amma hər gün işləyirəm, köhnə məktəb adamıyam. Mən köhnə məktəbə inanıram. Heç kimin sizi təhqir etməsinə və ya sizi qiymətləndirməməsinə imkan verməyin. Bütün dünya mənə qarşı idi, amma vecinə almadım, özümə inandım.
Mən kənddən gəlmişəm, tikintidə işləmişəm, Ömər isə ömrü boyu təlim keçib. Karyeramı bu gün də bitirə bilərəm, ölə bilərəm, amma xoşbəxt öləcəm. Mən öz ölkəmi, Gürcüstanı sevirəm və sizə təşəkkür edirəm, Amerika!” – Dvalişvili qələbədən sonra deyib.
Aut.az
